Sərnişinin halı pisləşdi - VİDEO

Bu gün Bakı metrosunda problem yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyası istiqamətində qatar tuneldə qalıb. Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Sərnişinlərdən birinin halı pisləşib. Onu digər sərnişinlər kömək ediblər.

Bundan başqa, həmin istiqamətdə hərəkət edən qatarlarda gecikmələr olub.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, metroda sınaq qatarı xətdə olub. Lakin ətraflı məlumat araşdırmalardan sonra veriləcək.

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

İran ayətullahı azərbaycanlıları təhqir etdi - VİDEO

SONRAKI XƏBƏR

Rusiyada universitetə silahlı basqın edən şəxs öldürülüb