Rusiyada yaşayış evində yanğın olub, ölənlər var

Bakı. Trend:

Rusiyanın Stavropol şəhərində 10 mərtəbəli yaşayış evində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, onların kimliyi müəyyən edilir.

Bildirilir ki, yanğın zamanı yaşayış evindən 20 nəfər təxliyə edilib.

Hazırda yanğın söndürülüb. Yanğının səbəbi barədə məlumat verilmir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

NATO-nun baş katibi Lavrovla görüşəcək

SONRAKI XƏBƏR

BMT-nin Baş katibi: “Uçurumun kənarındayıq”