HƏYƏCANLI ANLAR: sərnişin öldü, təyyarə məcburi eniş etdi

HƏYƏCANLI ANLAR: sərnişin öldü, təyyarə məcburi eniş etdi

İslamabaddan Londona uçan “British Airways” şirkətinə məxsus “Boeing-777” təyyarəsi sərnişinin ölümü ilə əlaqədar Daşkənd hava limanına təcili eniş edib.

ONN media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qadının ölümünün ilkin səbəbi ürək tutmasıdır.

Mərhumun hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.

Hazırda təyyarənin sərnişinləri Daşkənd hava limanının terminallarından birindədir və yola düşməyi gözləyirlər.

 

Mənbə: onn.az