Qarabağdakı ermənilər işıqsız qaldı – BÖYÜK QƏZA olub?

Qarabağdakı ermənilər işıqsız qaldı – BÖYÜK QƏZA olub?

Çərşənbə axşamı bütün Qarabağın bir neçə saatlıq enerjisi kəsilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Fövqəladə Hallar Dövlət Xidməti”nin sözçüsü Hunan Tadevosyan Sputnik Ermənistan-a açıqlamasında bildirib.

"İşıqlar axşam üç dəfə söndürüldü". Tadevosyan belə deyib.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi böyük qəza nəticəsində baş verib.

Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində iki aydan artıqdır ki, içməli su yoxdur və kukla rejiminin nümayəndələri problemi aradan qaldırmaq üçün güclü yağışlar gözlədiklərini deyirlər.
 

Mənbə: bizim.media