Cəlilabadda ev yanır

Cəlilabadda ev yanır

Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın rayonun Çünəxanlı kəndində qeydə alınıb.

Hazırda hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mənbə: report.az