Şəhid atası qəza törətdi, qudası öldü

Şəhid atası qəza törətdi, qudası öldü

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Nağıyev Əmraslan idarə etdiyi "Niva" markalı avtomobillə qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu vurub. Hadisə nəticəsində Fərrux Qasımov dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.

Qeyd edək ki, Əmraslan Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır. Hadisə şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az