Bakıda gecə saatlarında DƏHŞƏT: Yaralılar var

Bakıda gecə saatlarında DƏHŞƏT: Yaralılar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azerforumun məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1996-cı il təvəllüdlü Əliyeva Ruqəyya Mahir qızı və onun 2018-ci il təvəllüdlü övladı Əliyeva Zərifə Məhəmməd qızı xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı R. Əliyevaya bədənin müştərək travması, Z. Əliyevaya isə sol bazu sümüyünün sınığı diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: news.day.az