İspaniya Palma adasını fəlakət zonası elan edir

İspaniya Palma adasını fəlakət zonası elan edir

İspaniya hakimiyyəti altı gündür vulkan püskürməsinin davam etdiyi Palma adasını (Kanar adaları) fəlakət bölgəsi elan edəcək.

Axar.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib.

"Gələn çərşənbə axşamı Nazirlər Şurası Palma adasını fəlakət bölgəsi elan edəcək", - baş nazir qeyd edib.

Sançesin sözlərinə görə, bununla bağlı həm İspaniya hökumətinin, həm də Kanar adaları və Palma hökumətlərinin nümayəndələrindən ibarət birgə komissiya yaradılacaq.

 

Mənbə: axar.az