İstintaq Komitəsinin polkovniki intihardan əvvəl yazdı: “Allah, məni günahlarıma görə bağışla...”

İstintaq Komitəsinin polkovniki intihardan əvvəl yazdı: “Allah, məni günahlarıma görə bağışla...”

Rusiya İstintaq Komitəsinin Perm vilayəti üzrə idarəsinin rəhbəri, polkovnik Sergey Sarapultsev intihar edib. “Kommersant” xəbər verir ki, polkovnik intihardan əvvəl məktub yazıb qoyub. Amma bu məktub onun yaxınlarına və ailə üzvlərinə deyil, Allaha ünvanlanıb.

Qəzetin yazdığına görə, polkovnik Sarapultsev Allahdan onun “öz iradəsindən asılı olan və olmayan günahlarına görə” bağışlamağı xahiş edir. Bildirilir ki, polkovnik İstintaq Komitəsinin regional müşavirəsindən sonra evə qayıdıb, tabeçiliyindəkilərə nahardan sonra qayıdacağını bildirib. Daha sonra onun intihar etdiyi məlum olub. Sarapultsevin idarəyə 2018-ci ildən rəhbərlik etdiyi bildirilir, ilkin məlumata görə intihar onun xidməti fəaliyyəti ilə bağlı deyil.

Sarapultsevin meyitini asılmış vəziyyətdə evdə onun arvadı tapıb. Bildirilir ki, polkovnik bir il əvvəl də oxşar məzmunlu məktub yazaraq intihar etmək istəyib, amma fikrindən daşınıb.

Virtualaz.org

Mənbə: virtualaz.org