Hindistanda məşhur quldur məhkəmə zalında öldürülüb

Hindistanda məşhur quldur məhkəmə zalında öldürülüb

Hindistanın paytaxtı Nyu-Dehlidə rəqib bandanın vəkil qiyafəsi geymiş iki üzvü məşhur quldur Citender Qoqini məhkəmə zalında güllələyib.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, bu barədə Dehli şəhərinin polis komissarı Rakeş Astana bildirib.

Bir çox cinayətdə əli olan Citender Qoqi ötən il “Tihar” həbsxanasına salınmışdı. Polis “Tillu bandası” adlandırılan cinayətkar qruplaşmanın qətlə yetirilməyə çalışdığı Qoqinin təhlükəsizliyini təmin etmək üçün onun guya xəstəxanada öldüyü barədə məlumat yaymışdı. Sentyabrın 24-də məhkəmə iclasına gətirilən məşhur quldur vəkil qiyafəsi geyinən iki cinayətkar tərəfindən atəşə tutulub.

Polis hər iki canini güllə ilə vurub. Atışmanın gedişində 30 güllə atılıb, Qoqi də daxil olmaqla, üç nəfər ölüb. Prokurorluq hadisə ilə bağlı təhqiqata başlayıb. Silahlı şəxslərin məhkəmə zalına necə daxil olması araşdırılır.

 

Mənbə: azertag.az