Heydər Əliyev Sarayının yaxınlığındakı tüstüləmə ilə bağlı AÇIQLAMA

Heydər Əliyev Sarayının yaxınlığındakı tüstüləmə ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında baş verdiyi iddia edilən yanğınla bağlı məlumatı təkzib etdi.

Bu barədə Trend-ə Bakının Nəsimi Rayon Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.

Daha əvvəl bir sıra erməni KİV-ləri Bakının Heydər Əliyev Sarayında yanğının baş verməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.

Mənbə: az.trend.az