Salyanda oğurluq edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 23-də rayonun Arbatan kəndi ərazisində yerləşən mağazaların birindən müxtəlif növ elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, “Report”a verilən məlumata görə, saxlanılan şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Mingəçevirdə motosiklet qəzası - Xəsarət alan var

SONRAKI XƏBƏR

Tərtərdə Vətən müharibəsinin ildönümü münasibətilə "Vətən bağı" parkı salınıb