Marneulidə yaşlı qadının əl-qolunu bağlayaraq evini soydular

Marneulidə yaşlı qadının əl-qolunu bağlayaraq evini soydular

Marneuli rayonunun Şulaveri qəsəbəsində oğurluq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə ötən gecə baş verib. Belə ki, Şulaveri qəsəbəsində olan evlərdən birində tək yaşayan 80 yaşlı qadının evinə 3 nəfər soyğunçu daxil olub və yaşlı qadının əl-qolunu bağlayıb onu bıçaqla hədə-qorxu gəliblər.

 

Yaşlı qadını ölümlə hədələyən soyğunçular, evdə olan pul və zinət əşyalarını oğurlayıblar. Məlumata əsasən, Daxili İşlər Nazirliyi faktla bağlı istintaq başladıb, lakin hələlik saxlanılan olmayıb.

Mənbə: modern.az