Azərbaycanda zorlamaya görə 9 nəfər axtarışda olub

Azərbaycanda zorlamaya görə 9 nəfər axtarışda olub

Ötən il törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslər arasında zorlama və zorlamaya edilən cəhddə təqsirləndirilən şəxslər də olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, zorlama və zorlamaya edilən cəhdə görə 9 nəfər barəsində axtarış elan olunub.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində həmin şəxslərin hamısının yeri müəyyənləşdirilib.


2020-ci ildə zorlama və zorlamaya cəhdə görə 21 cinayət qeydə alınıb ki, bu hadisələr də 18 nəfər tərəfindəın törədilib.

Rəsmi statistikaya görə, bu qəbildən olan cinayətlərin sayı əvvəlki illərlə müqayisədə azalıb.
A.Qorxmaz

Mənbə: modern.az