Qusarda yaşadığı yeri tərk edən koronavirus xəstəsi aşkarlanıb

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

SONRAKI XƏBƏR

"Çelsi" onu satır