Azərbaycanlı iş adamının qardaşı oğlu Minskdə qəza törədib?

Azərbaycanlı iş adamının qardaşı oğlu Minskdə qəza törədib?

Belarusun paytaxtı Minsk şəhərində Rusiya nömrəli Rolls-Royce avtomobili ilə qəza baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarus mətbuatı yayıb.

Mənbə yazır ki, qəzada sürücü xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Avtomobil azərbaycanlı bloger İlkin Məmişova məxsusdur. O, Sankt-Peterburq şəhərində yaşayan rusiyalı milyarder Vaqif Məmişovin qardaşı oğludur.

İlkin Məmişov özü də İnstagram səhifəsində baş verənlərdən danışıb:

"Bir qəza keçirdik, maşını mən sürmürdüm. Hər şey yaxşıdır".

Mənbə: bizim.media