Məşhur cütlüyün təcavüzə uğrayan qızı: “Dayım bu hadisəni ört-basdır etmək istəyir“

Məşhur cütlüyün təcavüzə uğrayan qızı: “Dayım bu hadisəni ört-basdır etmək istəyir“

Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Bu gün sosial şəbəkə hesabında məsələ ilə bağlı yazan Sənay Yağmur onu şikayəti gec verməkdə ittiham edənlərə cavab verib:

“Məni şikayəti gec verməkdə ittiham edənlər var. (Hansı ki, sadəcə iki gün sonra şikayət vermişəm) Öncəliklə, (empatiya qurmaq bəlkə həqiqətən də çətindir) siz bu qədər travmatik bir hadisə yaşadıqdan sonra zatən şokda olursunuz. Hadisənin birinci günü oturub otağın divarlarına baxmaqdan başqa heç nə etmədiyimi xatırlayıram. Nə fiziki, nə də ki, mental olaraq hər hansı bir hərəkət etməyə gücüm yox idi. Əlavə olaraq, fiziki olaraq çəkdiyiniz ağrı da var və bu ağrı sizi təkcə fiziki olaraq yox, mənəvi olaraq da yıpradır. Çünki o ağrı və xəsarət izləri sizə davamlı hadisəni xatırladır.

Birinci günün ardından artıq şikayət vermək istədiyimdə qərarlı olduğumu anama dedim”.

O, şikayət verdiyi ərəfədə qohumlarının təzyiqi ilə üzləşdiyini deyib:

“Bu müddət ərzində qohum və digər insanlar tərəfindən davamlı şikayət verməməklə bağlı təzyiq ilə üzləşirdim. Başlarda güya mənim yanımda imiş kimi rəftar edib, ərizə vermə tarixini gecikdirmək istəyirdilər (bu zaman sübutlar azalır çünki ekspertiza bir çox məsələdə dəqiq rəy verə bilmir.) Gah möhlət istəyir, gah evə gəlib özlərinin onu həbs etdirəcəyini, (bunula heç zaman razılaşmamışam. Çünki mən həmin şəxsin etdiyi cinayət əməlinə hüquqi qiymət verilməsini istəyirdim) mənim şikayətimə ehtiyac olmadığını və.s deyirdilər. Hətta Kamil Abıyev (dayım) şikayət verdiyim gün anama səsli mesaj atıb "zorlama yox, döyülmək iddiası ilə şikayət verməmizi” istəyirdi. Səs yazısı var. Adam təkid edir ki, cinayət işinin üzərini açmayım. Yəni əslində texniki olaraq gec şikayət verməmişəm. Lakin, şikayət verməsə ya da daha gec versə idim də bu məni yenə yalançı və ya haqsız etməzdi. Necə ki, indiyə qədər bunu yaşayıb şikayət verməyən qadınları haqsız ya da qorxaq etmir.

Ümumiyyətlə, bunu vurğulamaq lazımdır ki, zərərçəkmişin məsələ ilə bağlı danışıb-danışmaması, şikayət edib-etməməsi tamamilə öz seçimidir. Qərarına görə onu qınamaq yanlışdır”.

Mənbə: yenisabah.az