Azərbaycanda saxlanılan iki iranlı sürücü azad edildi - KİV

Azərbaycan polisi tərəfindən sentyabrın 15-də Gorus-Qafan magistral yolunda qanunsuz yük daşıdıqları üçün saxlanılan iki iranlı sürücü azad edilib. Azvision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov arasında telefon danışığından bir gün sonra baş verib.

Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsılə ilə bağlı bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: “Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

Pərvanə Sultanova

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya da Əfqanıstana humanitar yardım edir

SONRAKI XƏBƏR

"Legiya" Mahir Emreli ilə bağlı açıqlama yayıb