Hadrutda daha iki erməni hərbçinin cəsədi tapıldı

Hadrutda daha iki erməni hərbçinin cəsədi tapıldı

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Hadrutda aşkar edilib.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 683 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az