Çernobıl AES-in ilk direktoru dünyasını dəyişdi

Çernobıl AES-in ilk direktoru dünyasını dəyişdi

Çernobıl Atom Elektrik Stansiyasının ilk direktoru Viktor Bryuxanov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, “Çernobıl Atom Elektrik Stansiyası” Dövlət İxtisaslaşdırılmış Müəssisəsinin Feysbuk səhifəsində yazılıb. Bildirilir ki, 1986-cı il qəzası zamanı AES-ə rəhbərlik edən Bryuxanov 85 yaşında vəfat edib.

Qeyd edək ki, Viktor Bryuxanov 1986-cı il qəzasından sonra vəzifəsindən uzaqlaşdıırlıb və 1988-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 5 il sonra isə vaxtından əvvəl sərbəst buraxılıb.

Mənbə: qafqazinfo.az