Gədəbəydə ağır yol qəzası, bir nəfər dünyasını dəyişdi - FOTO

Gədəbəydə ağır yol qəzası, bir nəfər dünyasını dəyişdi - FOTO

Gədəbəy rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində baş verib. "Mercedes 190" markalı avtomobilin sürücüsü Şəmkir rayon Çənlibel kənd sakini 1995-ci il təvəllüdlü Toğrul Əsədov avtomobilin idarəetməsini itirərək ağaca çırpıb.

İlkin məlumata əsasən, sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: baku.ws