Xaçmazda intihara cəhdin qarşısı alındı

Xaçmazda intihara cəhdin qarşısı alındı

Xaçmazda intihara cahd hadisəsi olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Həsən bəy Rəsulov küçəsində qeydə alınıb.

Rayon sakini Səfər Qurbanov tikilməkdə olan çoxmərtəbəli binaya çıxaraq intihara cəhd edib. Ətrafdakı sakinlərin və polisin köməyi ilə intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: report.az