Evli cütlük hərəkətdə olan avtomobildə əlbəyaxa oldu, maşın ağaca çırpıldı - VİDEO

Türkiyənin Adana şəhərində sükan arxasında həyat yoldaşı ilə əlbəyaxa olan sürücü avtomobili ağaca çırpıb.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Cütlüyün qəzadan sonra da avtomobilin salonunda mübahisələrini davam etdirdikləri aydın görünür.

İnsident nəticəsində avtomobildə bir nəfər azyaşlının da olduğu bildirilir.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəysə də, sürücü və sərnişinlər xəsarət almayıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO

SONRAKI XƏBƏR

Kəbə və Peyğəmbər məscidi tammiqyaslı ziyarət üçün açılır