"Deep Voice" DƏLƏDUZLUĞU - Bankdan 35 milyon dollar oğurlandı

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank əməkdaşını aldadaraq 35 milyon dollar ələ keçiriblər.

Belə ki, Bank filialına zəng dən şəxs özünü böyük şirkətin sahibi kimi təqdim edib və filial menecerini inandıra bilib ki, onlar 35 milyon dollar dəyərində müqavilənin bağlanması ərəfəsindədirlər. Nəticədə filial meneceri zəng etmiş dələduzun əmrlərini ardıcıl şəkildə yerinə yetirib və yeni bank hesablarına bir neçə böyük tranzaksiyanı reallaşdırıb.

BƏƏ-nin yerli hüquq-mühafizə orqanları belə qənaətə gəliblər ki, dələduzlar Deep Voice adlı texnologiyadan istifadə ediblər.

Aparılan istintaqa əsasən bu dələduzluq sxemində 17 nəfər iştirak edib. Oğurlanmış vəsaitlər isə bütün dünyadan olan çoxlu sayda bank hesablarına köçürülüb. Bank hesablarından 2-si ABŞ-ın Centennial Bank-da açılıb. Buna görə də bu məsələ ilə bağlı istintaq prosesində həmçinin ABŞ-ın da hüquq-mühafizə orqanları iştirak edib.

Qeyd edək ki, 2019-cu ildə Böyük Britaniyanın energetik şirkətinin də başına bu cür hadisə gəlmişdi. Həmin hadisə çərçivəsində dələduzlar şirkətdən 243.000$ vəsait oğurlaya bilmişdilər.

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldo “qızıl top”a namizədini açıqladı

SONRAKI XƏBƏR

Modelin "ürəyim atama aiddir" şərhli dekolteli paylaşımına anlam verə bilmədilər - FOTO