Keçmiş həyat yoldaşını canlı yayımda yandıran kişi edam olunacaq

Keçmiş həyat yoldaşını canlı yayımda yandıran kişi edam olunacaq

Çində keçmiş həyat yoldaşını canlı yayımda yandıran Tang Lu adında kişi edama məhkum edilib. Bu barədə CNN xəbər verir.

KONKRET.az xəbər verir ki, hadisə keçən ilin sentyabrında baş verib. Tibet Muxtar Prefekturasının sakini 30 yaşlı Lhamo, fermer və bloqer idi. Lhamo canlı yayımda olarkən, onun otağına keçmiş əri girib, onun üstünə benzin töküb və yandırıb. Lhamo iki həftədən sonra xəstəxanada dünyasını dəyişib.

Tang Lu qısa müddətdən sonra həbs edilib. CCTV dövlət telekanalı xəbər verir ki, bu gün o, məhkəmənin qərarı ilə qətldə günahkar bilinib və edama məhkum edilib. Bundan qabaq Tang təzminat ödəməlidir.

Telekanalın məlumatına görə, Tang keçmişdə Lhamoya dəfərərlə fiziki təcavüz edib və cütlük 2020-ci ilin iyununda boşanıb. Bundan sonra Tang keçmiş arvadını təqib edirdi və onunla yenidən evlənmək istəyirdi. Amma o dəfələrlə rədd cavabı alırdı və bu da qətllə nəticələndi. virtualaz.org

Mənbə: konkret.az