Bakıda iaşə obyektləri yandı - Fotolar

Bakının Binəqədi rayonunda yanğın olub.

Yenisabah.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Asəf Zeynallı küçəsində tüfeyli həyat tərzi keçirən şəxsin yaşadığı vaqonda yanğın başlayıb.

Alov yaşayış sahəsinə bitişik meyvə-tərəvəz dükanı, gözəllik salonu və dərzi sexi kimi fəaliyyət göstərən üç obyektə keçib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb.

/APA

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyənin Suriyada strateji səbr kasası daşdı”

SONRAKI XƏBƏR

Baydendən Klintonla bağlı açıqlama