Əfqanıstanda məsciddə PARTLAYIŞ: 37 ölü, 70-dən çox yaralı - VİDEO

Məscidə cümə namazı vaxtı bombalı hücum olub.

Sonxeber.az-ın "Haber Global"a istinadən məlumatına görə, Əfqanıstanın cənubunda "Taliban" qüvvələrinin "qala"sı kimi tanınan Qəndəhar əyalətində şiə icmasına məxsus məscidə iki kamikadze hücum edib.

Hücum nəticəsində 37 nəfərin öldüyü, 70-dən çox insanın yaralandığı bildirilir.

"Taliban" qüvvələri hücumun baş verdiyi məscidə gedən bütün yolları bağlayıb.

Aysel Səfərzadə

 

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Xəstəxanada tək qalan xəstə son nəfəsinədək həkimləri çağırdı... FACİƏLİ ÖLÜM HİDDƏT DOĞURDU - VİDEO

SONRAKI XƏBƏR

Bu da azərbaycanlı məşhurun iki bacısından biri - FOTO