Sankt-Peterburq polisi şəhərdə silahla gəzən azərbaycanlını saxlayıb

Sankt-Peterburqda polis əməkdaşları, içində səkkiz güllə olan tapança ilə silahlanmış 49 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə "Nevskiye Novosti" yazır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs işsizdir və sentyabr ayından etibarən miqrasiya orqanlarında qeydiyyatdadır. O, Sankt -Peterburqun Krasnoselski rayonunda yaşamaq icazəsinə malikdir.

Ekspertiza tapançanın atış üçün yararlı olduğunu bildirib.

Hazırda cinayət işinin açılması məsələsi həll olunur. 

Pia.az

ƏVVƏLKİ XƏBƏR

“Taliban” uşaqların vaksinasiyasına icazə verdi

SONRAKI XƏBƏR

Bu restoranda ofisant qızlar elə geyimdə xidmət edir ki... - FOTO