Almaniyada psixi xəstə iki azərbaycanlıya hücum etdi

Almaniyada psixi xəstə iki azərbaycanlıya hücum etdi

Almaniyanın Drezden şəhərində 54 yaşlı kişi bıçaqla hücum edərək, iki azərbaycanlıya xəsarət yetirib.

Axar.az Haqqin.az-a istinadla xəbər verir ki, şəhər prokurorluğu hücumun ksenofobiya olduğunu təsdiqləyib. Zərərçəkənlər azərbaycanlı ər-arvaddır. Cinayətkar 67 yaşlı kişini üzündən yaralayıb. 66 yaşlı azərbaycanlı qadını isə saçından yapışaraq yerə yıxıb, başını tramvayın döşəməsinə çırpıb.

Hadisə ilə bağlı cinayət işi başladılıb. Cinayətkarın psixi xəstəxananın pasienti olduğu qeyd edilir.

 

Mənbə: axar.az