Lənkəranda baş verən ağır avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Heydərovun və A.Hüseynovun xəsarətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib

SONRAKI XƏBƏR

Bərdədə küçədən beş yaşlı uşaq tapıldı