Ermənistanda saxta COVID-19 pasportlarının növbəti satışı faktları aşkarlanıb

Ermənistanda COVID-19 virusuna qarşı vaksinləmə haqqında saxta sertifikatların verilməsi ilə bağlı yeddi fakt aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “News.am”a Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, aşkarlanan faktlardan biri ilə bağlı cinayət işi başlanılıb, digər altı fakt üzrə materiallar toplanılır.

Qeyd edək ki, bunlar Ermənistanda saxta koronavirus pasportları ilə bağlı aşkarlanan ilk cinayət faktları deyil. Daha əvvəl ölkənin Milli Təhlükəsizlik Bürosu doqquz belə fakt aşkarlayıb. Büro həmçinin bildirib ki, saxta sertifikatlar 5-10 min dram rüşvət müqabilində 700-dən çox vətəndaşa verilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İllər sonra obyektiv qarşısına keçdi - FOTO

SONRAKI XƏBƏR

Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEO