Yanğınsöndürən bu cəsarətinə görə alqış topladı - Video

Meksikanın paytaxtı Mexikoda yerləşən restoranda baş verən yanğın zamanı təhlükəli anlar yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərdən biri partlayışın qarşısını almaq üçün alovlanan qaz balonunu çiyninə alaraq çölə çıxarıb.

Bundan sonra digər yanğınsöndürənlər müdaxilə edərək qaz balonunu söndürüb.

Yanğınsöndürənin cəsarətini əks etdirən anın videosu sosial şəbəkələrdə geniş yayılıb və meksikalılar onu qəhrəman adlandırıblar.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Fəxri adların hamısı məndə var, necə deyim ki, adlar ləğv olunsun"

SONRAKI XƏBƏR

Tuxel: “Liverpul” və “Mançester Siti” etalon olduqlarını sübut ediblər”