Bakıda sanatoriyanın qarşısında kişini maşın vurub öldürdü

Bakıda sanatoriyanın qarşısında kişini maşın vurub öldürdü

 

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə noyabrın 16-da Xəzər rayonu Mərdəkan qəsəbəsi “Qaranquş” sanatoriyasının qarşısında baş verib.

24 yaşlı İbrahim Əli oğlu Həsənov idarə etdiyi VAZ-2107 markalı avtomobillə piyada 67 yaşlı Cəfər Şura oğlu Hüseynovu vurub. Yaralı aldığı xəsarətlərdən noyabrın 20-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: oxu.az