ABŞ ordusuna məxsus hərbi təyyarə uçuş-enmə zolağından çıxaraq Sakit okeanda batıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Havay adalarında, ABŞ Dəniz Piyadaları Korpusunun hərbi bazasında “Boeing P8 Poseidon” təyyarəsi uçuş-enmə zolağından çıxaraq Sakit okeana düşüb.
Hadisə zamanı təyyarədə 9 nəfər olub və onların yüngül xəsarət aldığı bildirilib.
Mənbə: apa.az