La Palmadakı fəlakət bir aydır davam edir

La Palmadakı fəlakət bir aydır davam edir

İspaniyanın Kanar adalarının 5-ci ən böyük adası La Palmadada yerləşən Cumbre Vieja Yanardağı 19 sentyabrdan bəri kül və lav səpir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tam bir aydır fəaliyyət göstərən vulkanın fəaliyyətinin tezliklə bitəcəyi gözlənilməsə də, vulkanın püskürmələri onun intensivliyini artırıb. Lava bəzi yaşayış məntəqələrində yanğınlara səbəb olub. İndiyə qədər adada lava səbəbi ilə 754 hektar ərazi və 1835 bina dağılıb və təxminən 7 min adam adadan təxliyə edilib.

Qeyd edək ki, son 24 saatda La Palmada ən böyük 4.3 bal gücündə olan 42 zəlzələnin qeydə alındığı bildirilib.

Mənbə: sia.az