İsraildə koronanın təhlükəli növü aşkarlandı

İsraildə koronanın təhlükəli növü aşkarlandı

İsraildə koronavirusun daha yoluxucu sayılan yeni variantı AY.4.2 aşkar edilib.

Axar.az xəbər verir ki, yeni ştamm xaricdən İsrailə qayıdan 11 yaşlı uşaqda müəyyən olunub.

Məlumata görə, o, dərhal təcrid edilib. Azyaşlı ilə heç kim təmasda olmayıb.

Qeyd edək ki, alimlər yoluxucu AY.4.2 ştammı bağlı xəbərdarlıq edirlər. Onlar bu növün koronavirusun digər növlərinə nisbətən daha yoluxucu xarakter daşıdığını bildirirlər.

 

Mənbə: axar.az