ABŞ-da sərnişin təyyarəsi havada parçalanaraq yandı – VİDEO

ABŞ-ın Texas ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Click2Houston” telekanalının yaydığı məlumata görə, 172 yerlik “McDonnell Douglas DC-9-87” təyyarəsi Brukşir hava limanından uçuş edərkən lazımi yüksəkliyi yığa bilməyərək havada parçalanıb. Yaxınlıqdakı əraziyə düşən nəqliyyat vasitəsi alışaraq yanıb.

Təyyarədə cəmi 21 nəfər sərnişinin olduğu bildirilib. Möcüzə nəticəsində onlardan yalnız biri xəsarət alıb. Qalanları sağ-salamat yanan təyyarədən xilas edilib.

 

Mənbə: “Click2Houston”

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Peyvəndin tərkibi ilə bağlı iddialara CAVAB

SONRAKI XƏBƏR

Baş nazir seks işçiliyini qadağan edəcək - “Qadınları əsarət altına alır...”