Meksikada gecə klubuna silahlı hücum: Altı nəfər öldürüldü – ANBAAN VİDEO

Meksikanın Morelia şəhərində gecə klubuna edilən dəhşətli hücum nəticəsində altı nəfər ölüb, iki nəfər güllə xəsarəti alıb.

Gecə saatlarında əyləncə klubunun qarşısında dayanan kütləyə yaxınlaşaraq atəş açmağa başlayan iki silahlı şəxsin hərəkətləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hüquq-mühafizə orqanları baş vermiş dəhşətli olayın motivlərini araşdırır.

 

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb

SONRAKI XƏBƏR

Artıq yalanı gözlərdən oxumaq mümkün olacaq