"Mingəçevirli narkoman" qadına xəsarət yetirib

Mingəçevirdə qadın narkotik aludəçisinin hücumuna məruz qalıb.

SİA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsi 90 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, narkotik istifadəçisi olan şəxs qarşısına çıxan 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılova Elnurə Nazim qızına müxtəlif bədən xəsarətləri yetirib.

Zərərçəkən baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. E.İsmayılovaya zəruri tibbi yardım göstərilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Meksikada naməlum şəxslər bank əməkdaşlarını girov götürüblər

SONRAKI XƏBƏR

Lobodanın acığına onunla sevgili oldu - FOTO