Qurban olasan o sarı pişiyə - Cinayətkar bağışlandı

Qurban olasan o sarı pişiyə - Cinayətkar bağışlandı

Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza pişiyinə görə təxirə salınıb. Rusiyanın “Mash” telekanalı bu cür qərarın ilk dəfə verildiyini bildirib.

Publika.az xəbər verir ki, Sibir bölgəsinin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.

Hücumda saxlanılan Sergey B. Istintaqdandan sonra məhkəməyə aparılıb. Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib.

Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhimin 5 ilə qədər həbsini tələb edir.

Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Rusiya Cinayət Qanununda pişiyə baxmaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib. Rusiyada müttəhimlər yalnız himayəsində olan uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.

Aysel Şahmar

Mənbə: publika.az