Bu motosikleti tapana 548 manat verəcək - Oğurlanma anının VİDEOsu

Bu motosikleti tapana 548 manat verəcək - Oğurlanma anının VİDEOsu

İki motosikletçi yol qırağında park edilən motosikleti oğurlayıb.

Sonxeber.az-ın "DHA" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Belə ki, motosikletlə gələn iki nəfər küçədə park edilən motosikletin sükan kilidini sındırıb və daha sonra onu oğurlayaraq yoxa çıxıb.

Zərərçəkən şəxs polisə müraciətindən əlavə, oğurluq anlarının görüntülərini paylaşaraq, ona motosikleti tapmağa kömək edən şəxsə 3 min TL (548 manat) mükafat verəcəyini bildirib.

Oğurluq anlarının təhlükəsizlik kamerasına əks olunduğu kadrları təqdim edirik:

 

 

Mənbə: sonxeber.az