Dəməşqdə hərbçiləri daşıyan avtobus partladıldı: 14 ölü – Video

Dəməşqdə hərbçiləri daşıyan avtobus partladıldı: 14 ölü – Video

Dəməşqdə hərbçiləri daşıyan avtobus partladılıb.

Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Partlayış nəticəsində ən azı 14 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.

Terror hücumu paytaxtdakı əsas körpülərdən birinin üzərində həyata keçirilib. Belə ki, körpüyə yerləşdirilən iki partlayıcı avtobus keçərkən ardıcıl partladılıb.

İstehkamçılar daha bir partlamamış minanı zərərsizləşdirib.

 

Mənbə: axar.az