Bəzi kafelərdə COVID-19 pasportu niyə yoxlanılmır? - VİDEO

Bəzi ictimai iaşə obyektlərində vətəndaşlardan COVID-19 pasportu tələb olunmur.

Bu gün Qaxda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

İnfeksiyanın yayılmasına şərait yaradan Tural Abdıyev tibbi prosedurlar gözlənilməklə evinə geri qaytarılıb. Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ümumiyyətlə, vətəndaşlar COVID-19 pasportu olmadan qapalı məkanlara daxil ola bilməzlər.

Araşdırmamız isə göstərir ki, bəzi kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan COVID-19 pasportu və ya koronavirusa qarşı immunitet sertifikatı tələb edilmir.

Məsələn, Tovuzda fəaliyyət göstərən çay evlərinin birində obyekt sahibi heç özü də bilmir ki, COVID-19 pasportu necə yoxlanılmalıdır. O, vaksin vurdurmuş müştərilərin qeydiyyatını öz dəftərçəsində apardığını deyib. Bununla da öz yalanını ifşa edib.

Görünən odur ki, Tovuzdakı digər iaşə obyektlərində də vətəndaşlardan COVID-19 pasportu tələb tələb edilmir. Əməkdaşımızla obyekt sahibi arasında mövzu ilə bağlı dialoq da olub...

Çoxsaylı restoran və kafelərin yerləşdiyi Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazində keçən hissəsində isə COVID-19 pasportu olmayan şəxslər acıq havada qəbul edilir.

Lənkəranda çəkiliş apardığımız bir neçə çay evində isə məkan sahiblərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın konkret qərarı ilə yox, öz bildikləri kimi yoxlama apardıqları üzə çıxıb. Onlar bildiriblər ki, çay içməyə gələn vətəndaşların əksəriyyəti daimi müştərilərdir. Qonaqları tanıdıqları üçün onları COVID-19 pasportuna görə tez-tez yoxlamırlar.

COVID-19 pasportunun olub-olmamasını çayxanda çay içən müştərilərdən də soruşduq. Amma burada hər şey qaydasında idi.

Qeyd edək ki, aidiyyəti qurumlar bu istiqamətdə yoxlamalarını mütəmadi olaraq davam etdirəcək. Qayda pozanlar cərimələnəcəklər.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Səfir: "Yaponiya Azərbaycanın logistika sahəsinə sərmayələri artıracaq"

SONRAKI XƏBƏR

Taekvando üzrə Ağcabədi rayon turnirində 40-dan çox idmançı mübarizə aparıb