Astarada yağış və qrunt suları evlərə dolub - VİDEO

Təxminən 10 gün əvvəl Astarada yağan intensiv yağışlar ciddi fəsadlar törədib. Yağıntı suları şəhərin 28 may və Nizami küçələrinin kəsişməsindəki məhəllədə toplanıb.

Nəticədə 40 evin olduğu məhəllədəki 13 fərdi yaşayış evinin həyətini su basıb. Yağış suları evlərin zirzəmilərinə dolub.

Bir neçə gündür yağıntı olmasa da, həyətlərə yığılan yağış və qrunt suları hələ də qalır. Sakinlərin sözlərinə görə, buna səbəb yaxınlıqda aparılan tikinti işləridir.

Məhəllə sakinləri bildirir ki, yeni ev və binaların tikintisi zamanı qrunt sularının yığılmaması və axması üçün istifadə olunan əsas su kanalı doldurulub.

Zərəçəkən sakinlər tezliklə yaranmış problemin həll olunmasını istəyirlər. Onlar müvafiq qurumlara müraciət etsələr də, hələ ki nəticəsinin olmadığını deyirlər.

Şəhər icra nümayəndəliyindən isə bildirilib ki, yaxınlıqda tikinti aparan sahibkar və şirkətlərlə danışıqlar aparılıb və qısa zamanda problem həll olunacaq.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olunub

SONRAKI XƏBƏR

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib EKSKLÜZİV