Hindistanda ananın diqqətsiz davranışı az qala bədbəxt hadisəyə səbəb olacaqdı.
Metbuat.az xəbər verir ki, qucağında uşaqla addımlayan ana, mobil cihazla danışarkən yola diqqət etməyib. Nəticədə onlar dərinliyi 3 metr olan kanalizasiya boşluğuna düşüblər. Yaxınlıqdakı insanlar dərhal ana və uşağının köməyinə gəlib.
Sakinlərdən biri kanalizasiya boşluğuna düşərək, əvvəlcə körpəni ardınca isə ananı xilas edib. Xoşbəxtlikdən onlar ciddi xəsarət almayıblar.
Mənbə: metbuat.az