Rusiyada yaşayış binası yanır - Video

Rusiyada yaşayış binası yanır  - Video

Rusiyanın Samara şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, yanğın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzildə olub. Bildirilir ki, alovlar hazırda 6-cı mərtəbədən başlayaraq 9-cu mərtəbəyə qədər ərazini əhatə edir.

Yanğının söndürülməsi üçün ümumilikdə 152 nəfər, 43 xüsusi texnika cəlb olunub. Hələ hadisə yerindən 30 nəfər təxliyyə olunub.

Mənbə: qafqazinfo.az