Fermadan oğurluq edən şəxs saxlanıldı

Fermadan oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. Oğurladığı əşyalar onun saxladığı yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Kəmalə Piriyevanın 17 yaşında - VİDEO

SONRAKI XƏBƏR

Hansı deputatlar silah gəzdirir? - DİN AÇIQLADI