Nərimanovun nəticəsi vəfat etdi

Nərimanovun nəticəsi vəfat etdi

Publisist və siyasi xadim Nəriman Nərimanovun böyük qardaşı Salman Nərimanovun nəticəsi, alim Eldar Qəzənfər oğlu Nərimanov vəfat edib.

Axar.az xəbər verir ki, bu haqda Nəriman Nərimanovun Ev Muzeyi məlumat yayıb.

Eldar Nərimanov 1944-cü ildə Bakı şəhərində anadan olub. O, 189 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun Biologiya fakültəsində təhsil alıb. Ali təhsil aldığı müddətdə həm də Elmlər Akademiyasının Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutunda baş laborant vəzifəsində çalışıb, sonradan Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında müəllim kimi fəaliyyətini davam etdirib. Bununla yanaşı Eldar Nərimanov 1960-1974-cü illərdə görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıx mağarasında tədqiqat işlərində də iştirak edib.

 

Mənbə: axar.az