Gürcüstana qızıl külçə keçirən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana qanunsuz yolla qızıl idxal etməyə çalışan Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Ermənistanla sərhəddəki “Sadaxlı” gömrük-buraxılış məntəqəsində həmin şəxsin əl yükünə keçirilən baxış zamanı bəyan edilməmiş 100 qram çəkidə qızıl külçə aşkarlanıb. Qaçaqmalın dəyəri 17 686 lari (5 632 ABŞ dolları) təşkil edib.

Faktla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“O qüvvələr İran-Azərbaycan gərginliyi yaratmaqda maraqlı idilər”

SONRAKI XƏBƏR

Bakıda daha bir həyət abadlaşdırılıb