Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsindən 15 min manatlıq oğurluq edilib

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Day.Az-a verilən xəbərə görə, Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinə məxsus yüksək təzyiqli boru kəmərlərinin 16 ədəd dayaq yastıqlarının (15.600 manat dəyərində) oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluda şübhəli bilinən rayon sakinləri O.Hüseynov, V.Məmmədov, İ.Səfərov, E.Aslanov, V.Məhərrəmov və E.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?

SONRAKI XƏBƏR

Ermənistan orduya hərbi çağırışa başladı